"Vilyareal" gənc seneqallı hücumçu Nikolas Ceksonla yolları ayırır.
Qaynarinfo xəbər verir ki, göstərdiyi oyunla dəyərini 30 dəfə artıran futbolçu növbəti mövsümdən İngiltərə Premyer Liqasında çıxış edə bilər. "Vilyareal"dakı çıxışı ilə diqqət çəkən 21 yaşlı oyunçu karyerasında yeni səhifə açmağa hazırlaşır. Belə ki, mövsümün əvvəlində "Vilyareal”la dörd illik peşəkar müqavilə bağlayan Cekson 35 milyon avroya "Çelsi”yə transfer olunur.
Fabrizio Romanonun xəbərinə görə, iki klub arasında danışıqlar müsbət yekunlaşıb və Cekson "Çelsi"yə üstünlük verib. "Transfermarkt" məlumatlarına görə, mövsümün əvvəlində 1 milyon avro olan seneqallının indiki qiyməti 30 milyon avrodur.
Bu mövsüm La Liqada 26 oyun keçirən futbolçu "Vilyareal"ın heyətində meydana çıxdığı oyunlarda 12 qola və 4 məhsuldar ötürməyə imza atıb.
Səbuhi Həsənov
Şərhlər