Xəbər lenti

İdman 16:54 01.08.2025

"İnter"in keçmiş baş məşqçisi suda boğulan iki qızı xilas edib

"İnter"in (İtaliya) keçmiş baş məşqçisi Andrea Stramaççioni Apuliyadakı Sfinali körfəzində boğulan iki qızı xilas edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bild” məlumat yayıb.

"Mən həyat yoldaşım və uşaqlarımla çətirin altında dayanmışdıq. Uzaqda sahildə insan izdihamı var idi. Xilasedicilərdən biri suyun içində idi və fit çalırdı, diqqəti cəlb edirdi. İki qız əllərini yelləyərək qışqırırdılar, ona görə sıçrayıb cəld suya qaçdım. Heç bir xilasedicinin bunu təkbaşına edə bilməsi mümkün deyildi", deyə mütəxəssis bildirib.

Hadisə iyulun 28-də baş verib. Stramaççioni tərəfindən xilas edilən qızların 17 və 19 yaşlarında olduğu bildirilir.

49 yaşlı mütəxəssis 2011-ci ildə "İnter"in gənclər komandasına, 2012-2013-cü illərdə isə əsas komandaya rəhbərlik edib. Stramaççioninin karyerasında sonuncu klubu 2022-ci ilin oktyabrında tərk etdiyi Qətər təmsilçisi "Əl-Qarafa" klubu olub.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->