Xəbər lenti

İnterpol
Dünya 11:31 23.03.2024

İnterpol "Krokus Siti" terrorunun araşdırılmasında Rusiyaya dəstək verməyə hazırdır

İnterpol "Krokus Siti Hall"da mülki şəxslərə hücumun araşdırılmasında Rusiya hakimiyyətinə dəstək verməyə hazırdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə təşkilatın baş katibi Yurgen Stok bildirib.

"Krokus Siti Hall"dakı hücumu qətiyyətlə pisləyirəm, bu, günahsız mülki şəxslərə qarşı dəhşətli aktdır. İnterpol Rusiya hakimiyyətinə istintaqda dəstək verməyə hazırdır", deyə İnterpol rəhbəri X-da (keçmiş Twitter) yazıb.

Təşkilat rəhbəri terror aktı qurbanlarına da başsağlığı verib. "Fikirlərimiz qurbanlar, onların ailələri və dostları ilədir", deyə Stok qeyd edib.

Terror hücumu martın 22-də axşam Krasnoqorskdakı "Krokus Siti Hall"da baş verib. Naməlum şəxslər avtomat silahlardan atəş açıb, binada partlayış baş verib, yanğın başlayıb və 90-a yaxın insan ölüb.

Qeyd edək ki, İŞİD terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Artıq terrorda şübhəli bilinən iki nəfər saxlanılıb, dörd nəfər isə qaçıb. Onlar Tacikistan vətəndaşlarıdır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->