Xəbər lenti

İran beynəlxalq aləmə çağırış etdi
Dünya 15:08 22.06.2025

İran beynəlxalq aləmə çağırış etdi

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin ölkəsinə hücumlarının dayandırılması üçün beynəlxalq aləmə çağırış edib.

"Report”un xəbər verir ki, A.Əraqçi Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində keçirilən toplantıdan sonra təşkil edilən mətbuat konfransında belə çağırışla çıxış edib.

Nazir ABŞ-nin İranın nüvə mərkəzlərini hədəf almasının böyük təhlükə olduğunu bildirib. O, hücumlar bitməyənə qədər diplomatik danışıqların çətinliyini də qeyd edib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->