Xəbər lenti

Dünya 11:30 14.04.2024

İran yeni hücumlarla hədələyir, İsrail isə...

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri general Hüseyn Salami bildirib ki, İran qoşunlarının İsraildəki hədəflərə hücumu ilkin gözləniləndən daha uğurlu olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə İranın "Press TV" kanalı məlumat yayıb.

"Biz bilirik ki, əməliyyatımız gözləniləndən daha uğurlu oldu. Bizim İsrailin istənilən təcavüzünə reaksiyamız daha sərt olacaq", deyə Salami bildirib.

Rəsmi Tehran BMT-nin baş katibi Antonio Quterreşə göndərdiyi məktubda bildirib ki, İran İsraillə münaqişəni gərginləşdirmək istəmir, lakin yəhudi dövləti aqressivlik nümayiş etdirsə, daha güclü cavab alacaq.

İran mesajında ​​eskalasiya axtarışında olmadığını, lakin özünümüdafiə hüququndan istifadə etməyə hazır olduğunu təsdiqləyib: "İsrail rejimi yenidən hər hansı hərbi təcavüz edərsə, İranın cavabı, şübhəsiz ki, daha güclü və qətiyyətli olacaq. İran İsrailin hərəkətlərinə qətiyyətlə və beynəlxalq hüquqa uyğun cavab verəcək".

"İran silahlı qüvvələri hələlik İsrailə qarşı hərbi əməliyyatları davam etdirmək niyyətində deyil və aprelin 14-nə keçən gecə həyata keçirilən əməliyyatı tamamilə başa çatıb". Bu isə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri "Press TV"yə bildirib.

"Bizim fikrimizcə, əməliyyat başa çatıb. Lakin silahlı qüvvələr hazırdır və lazım gələrsə hərəkətə keçəcək", deyə general qeyd edib.

İsrail prezidenti İsaak Hersoq isə ölkə ordusu və ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyaya təşəkkür edib: "Bütün birlikdə - yaxşı qüvvələr şər qüvvələrə qalib gələcəyik. İsrail xalqı sağdır".

İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, ölkəsi və onun tərəfdaşları İranın hücumunun qarşısını tayı-bərabəri olmayan şəkildə alıb, lakin kampaniya hələ bitməyib. Onun sözlərinə görə, dünya İranın əsl simasını - yüzlərlə pilotsuz təyyarə və raketlərlə İsrailə hücum edən terrorçu dövləti görüb:

"Dünya həmçinin İsrail Müdafiə Qüvvələrinin (IDF) və koalisiyanın gücünü gördü - İsrail, ABŞ və tərəfdaşlar bu hücumu misilsiz şəkildə dəf etdilər".

Bu arada, ABŞ-ın Tennessi ştatından Respublikaçı konqresmen Marşa Blekbern Tehranın İsrail ərazisinə hücumlarından sonra Vaşinqtonu İrana qarşı aqressiv cavab verməyə çağırıb: "İran İsrailə pilotsuz təyyarələrlə zərbələr endirməyə başlayıb. Biz tez hərəkət etməli və İrana qarşı aqressiv cavab verməliyik".

ABŞ-ın sabiq prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp İranın İsrailə hücumu fonunda deyib ki, bu, baş verməməli idi: "Daha irəli getməzdən əvvəl demək istəyirəm: "Allah İsrail xalqına xeyir-dua versin. O, indi hücum altındadır. Bu ona görədir ki, biz böyük zəiflik nümayiş etdiririk".

Onun sözlərinə görə, Vaşinqtonun göstərdiyi zəiflik inanılmazdır və özü hakimiyyətdə olsaydı, bu baş verməzdi. O, bu hücumun niyə baş verdiyini hamının anladığını vurğulayıb.

Aprelin 13-ü axşam saatlarında İran İsrailə doğru yüzlərlə pilotsuz təyyarə və raket atıb. İsrail ordusu 300-dən çox PUA və raketin 99%-nin zərərsizləşdirildiyini açıqlayıb.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->