Xəbər lenti

Siyasət 12:54 13.06.2025

"İranda Azərbaycan vətəndaşlarının zərər çəkməsi barədə məlumat yoxdur" (RƏSMİ)

İsrailin İrana hücumu nəticəsində zərər çəkmiş şəxslər arasında Azərbaycan vətəndaşlarının olması barədə qaynar xətlərə məlumat daxil olmayıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib.

Qeyd edək ki, İsrail iyunun 13-ü gecə saatlarında İrana qarşı "Rising Lion" əməliyyatı keçirib. Hücum nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Hüseyn Salami və bir neçə nüvə alimi ölüb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->