Dünya 09:22 27.08.2022

İraqa vasitəçiliyə gedən avstraliyalı diplomatlar Bağdadda partlayışla qarşılandı

Avstraliyalı diplomatlar Bağdadın Yaşıl bölgəsində bomba partlayışının hədəfi olub.

Qaynarinfo bu barədə Associated Press-ə (AP) istinadən xəbər verir.

Cümə günü, avqustun 26-da İraqın iki təhlükəsizlik rəsmisi Avstraliya diplomatik karvanının diplomatik əraziyə daxil olması ilə eyni vaxtda Bağdadın Yaşıl zonası yaxınlığında əldəqayırma partlayıcı qurğunun partladığını bildirib. Məlumata görə, hücumda itki olmayıb.

"Associated Press" bildirir ki, cümə günü baş verən partlayışa baxmayaraq, Avstraliya karvanı Yaşıl zonaya daxil ola bilib.

Təhlükəsizlik rəsmilərinin sözlərinə görə, partlayış Avstraliya diplomatik heyətinin nüfuzlu şiə din xadimi Müqtəda Sədrin fraksiyası ilə İran hökuməti tərəfindən dəstəklənən Hadi əl-Amiri və Həkim hərəkatı kimi rəqib şiə partiyaları arasında vasitəçilik etmək səyləri fonunda baş verib.

Aydın