Azərbaycan Milli Demokrat Partiyası (AMDP) dövlət qeydiyyatına alınması barədə Ədliyyə Nazirliyinə yenidən müraciət hazırlayır.
Bu barədə Qaynarinfo-ya açıqlamasında sözügedən partiyanın sədri Qələndər Muxtarlı məlumat verib.
Onun sözlərinə görə, bu, partiyanın qeydiyyata alınması ilə bağlı nazirliyə 9-cu müraciətidir:
"1 il 7 aydan artıqdır ki, 54 nəfər təsisçi ilə qeydiyyata alınmaq üçün nazirliyə müraciət etmişik. 8 dəfə geri qaytarıblar. Qüsur hesab edilən hallar ortadan qaldırılıb və təkrar müraciət etmişik. İndi də adla bağlı dəyişiklik zərurəti yaranıb, onu da həll edib yaxın vaxtlarda sənədləri təqdim edəcəyik. Görək nə olur".
Qeyd edək ki, Azərbaycan Milli Demokrat Partiyası (AMDP) 1992-ci ildə İsgəndər Həmidov tərəfindən Bozqurd Partiyası adı altında yaradılıb. 1995-ci ildə qeydiyyatı ləğv edilən partiya 1999-cu ildə adını dəyişərək rəsmi fəaliyyətə başlayıb. 2008-ci ildə partiya yenidən qeydiyyatdan keçib və 14 aprel 2023-cü ildə fəaliyyətini dayandırılıb.
Bahar Rüstəmli
Şərhlər