Xəbər lenti

İsmayıllı meşələrində baş verənlər araşdırılacaq
Ölkə 10:28 24.02.2026

İsmayıllı meşələrində baş verənlər araşdırılacaq

İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin keçmiş işçisi Qurbani Məcidovun işdən çıxarılması və işlədiyi dövrdə aşkar etdiyi qanunsuzluqlar araşdırılacaq. 

Bu barədə Qaynarinfo-ya Qurbani Məcidovun özü bildirib. 

Onun sözlərinə görə, işdən çıxarılması və işlədiyi dövrdə aşkar etdiyi qanunsuzluqlarla bağlı Ekologiya və Təbii Sərvətlər Naziliyində qəbulda olub: 

"İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisəsində çalışarkən Qalıncaq meşəsinin 200 hektar ərazisi satılıb. Mən də buna etiraz etdiyim üçün işdən çıxarılmışam. Həmin vaxt necə deyərlər baş meşəçi Cabbar Qəribov idi. Qanunsuzluqlara etiraz etdiyim üçün Əmək Məcəlləsinin "ç" bəndi ilə işdən azad edildim. Bütün bunları nazirlikdə diqqətə çatdırdım. Bildirdilər ki, məsələ araşdırılacaq". 

Qurbani Məcidov onu da əlavə edib ki, İsmayıllı meşələrində ağacların kütləvi kəsilməsi barədə iddialar heç də əsassız deyil. "Son vaxtlar nazirlik bu məsələnin üzərinə ciddi düşüb. Mən də özümə borc hesab etdim ki, bildiyim faktları onların diqqətinə çatdırım", deyə Qurbani Məcidov bildirib.

Seyid
 


--> -->