İsmayıllıda "Coke Studio Festival” böyük coşqu və yüksək əhval-ruhiyyə ilə keçirilib.
Qaynarinfo xəbər verir ki, musiqi və əyləncənin bir araya gəldiyi festival axşamı rayon sakinləri və qonaqlar üçün xoş istirahət məkanı, eyni zamanda İsmayıllının turizm imkanlarının təqdimatı baxımından gözəl fürsət oldu.
Bu gözəl tədbirin təşkilinə və İsmayıllıda keçirilməsinə görə Xəzər TV və Coca-Cola kollektivlərinə xüsusi təşəkkürümüzü bildiririk.
İnanırıq ki, belə tədbirlər İsmayıllının ictimai və mədəni həyatına rəng qatmaqla yanaşı, rayonumuzun turizm potensialının daha geniş tanıdılmasına da xidmət edəcək.
Şərhlər