Xəbər lenti

İspaniyada “Qətiyyətli Koalisiya”nın Ukraynaya yardım üzrə gizli görüşü keçiriləcək
Dünya 16:14 31.10.2025

İspaniyada “Qətiyyətli Koalisiya”nın Ukraynaya yardım üzrə gizli görüşü keçiriləcək

Gələn çərşənbə axşamı, 4 noyabrda, Madriddə İspaniya Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan "gizli və qapalı” görüş keçiriləcək. Bu görüşdə "Qətiyyətli Koalisiya” adlandırılan ölkələrin nümayəndələri iştirak edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə İspaniyanın "El Mundo” nəşri məlumat yayıb.

Nəşr qeyd edir ki, görüşdə 35 ölkənin nümayəndələri iştirak edəcək və Ukraynaya əlavə dəstəyin müzakirəsi aparılacaq.

Görüş işgüzar və intensiv olacaq: səhər saat 9-da başlayacaq və 15:30-dan sonra yekunlaşacaq, iki blok müzakirə sessiyası nəzərdə tutulub.

Görüş maksimum gizliliklə təşkil olunub. İştirakçılara mobil telefonlardan istifadə qadağan edilib və telefonlar xüsusi saxlanma yerində saxlanacaq. Həmçinin onlara görüş haqqında məlumatı açıqlamamaq tövsiyə olunub.

"Nümayəndələrdən xahiş olunur ki, görüş haqqında məlumatı ictimai platformalarda və sosial şəbəkələrdə paylaşmasınlar”, – qəzetin əldə etdiyi sənəddə qeyd olunub.

Görüşdə Ukraynaya dəstəyin artırılması, onun maliyyə ehtiyaclarının ödənilməsi (hərbi və müdafiə sahələri daxil olmaqla) və Rusiyaya təzyiqin koordinasiyası müzakirə olunacaq. İştirakçılar həmçinin yardım prioritetlərini müəyyənləşdirməyə və razılaşmalar əldə etməyə çalışacaqlar.

Sonra İspaniya XİN rəhbəri Xose Manuel Albares çıxış edəcək və iştirakçılarla fikir mübadiləsi aparacaq. Lakin o, bütün müzakirə masalarında iştirak etməyəcək, çünki görüş aşağı səviyyəli hesab olunur.

İkinci blok müzakirələrdə iştirakçılar Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə ümumi yanaşma hazırlamağa çalışacaq və bu mövzu üzrə davam edən müzakirələr barədə fikir mübadiləsi aparacaqlar. Xüsusi diqqət hüquqi, siyasi və diplomatik çərçivələrə və "Qətiyyətli Koalisiya”nın gələcək rus təcavüzünü qarşısını almağa töhfəsinə yönəldiləcək.

Xatırladaq ki, Ukrayna Prezidenti Vladimir Zelenski yaxın günlərdə "Qətiyyətli Koalisiya”nın Rus-Ukrayna müharibəsini sona çatdırmaq planını müşavirələr səviyyəsində müzakirə edəcəyini bildirmişdi.

27 oktyabrda Zelenski qeyd etmişdi ki, Ukrayna və Avropa liderləri bir həftə və ya on gün ərzində müharibənin dayandırılması planı üzərində işləyəcəklər.

Eyni zamanda, Zelenski Putinin hər hansı sülh planını qəbul etməyə hazır olub-olmadığına skeptik yanaşır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->