Xəbər lenti

Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verir - 100 min dollar qalmaqalı
Maqazin 19:06 30.01.2026

Yıldız Tilbe Vəfa Şərifovanı məhkəməyə verir - 100 min dollar qalmaqalı

Türkiyəli məşhur müğənni Yıldız Tilbe azərbaycanlı ifaçı Vəfa Şərifovanı məhkəməyə verməyə hazırlaşır.

Oxu.Az xəbər verir ki, bununla bağlı türkiyəli müğənninin vəkili Handan Bakbak məlumat yayıb.

O bildirib ki, Yıldız Tilbe haqqında mətbuatda çıxan əsassız məlumatlar səbəbi ilə məhkəməyə müraciət olunacaq.

Qeyd edək ki, Vəfa Şərifova televiziya verilişlərinin birində Yıldız Tilbe ilə birlikdə duet oxumaq üçün ona 100 min dollar (Təxminən 170 min manat) pul ödədiyini, amma yekunda türkiyəli məşhurun onunla duet oxumadığını və pulunun batdığını bildirib.

--> -->