Xəbər lenti

İsrail Qəzza şəhərində əməliyyatları dayandırdı
Dünya 08:24 04.10.2025

İsrail Qəzza şəhərində əməliyyatları dayandırdı

İsrail hakimiyyəti öz hərbi qüvvələrinə Qəzza şəhərində əməliyyatları dayandırmağı tapşırıb.

Bu barədə İsrail ordusunun "Qaley Tzahal" radiosu məlumat verib.

"Vəziyyətin bir gecədə qiymətləndirilməsi və Amerika nümayəndələri ilə müzakirələrdən sonra siyasi rəhbərlik İsrail ordusuna Qəzzada fəaliyyətini minimuma endirməyi və zolaqda yalnız müdafiə əməliyyatları keçirməyi tapşırıb", - deyə məlumatda qeyd olunub.

Radiostansiya qeyd edib ki, bu cür tədbirlər səmərəli şəkildə şəhərin ələ keçirilməsi əməliyyatının dayandırılması deməkdir.//Report

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->