Xəbər lenti

Dünya 15:23 14.01.2024

İsraildə müdafiə naziri baş nazirlə mübahisə etdi, iclasdan çıxdı

İsrailin müdafiə naziri Yoav Qalant ölkənin baş naziri Binyamin Netanyahu ilə münaqişədən sonra Tel-Əvivdəki Kirya hərbi bazasında keçirilən hərbi kabinetin iclasını tərk edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, Qalant Netanyahunun köməkçilərinin iclasda iştirak etməsinə baxmayaraq, öz köməkçilərinin tədbirə buraxılmamasından narazı qalıb.

Qəzəbli Qalant iclası tərk etməzdən əvvəl Netanyahu və Milli Təhlükəsizlik müşaviri Tzaçi Haneqbiyə "işimə müdaxilə etməyi dayandırın" deyib.

Qeyd olunur ki, daha sonra Qalant geri qayıdıb və yalnız hərbi kabinet üzvlərinin iştirak etdiyi iclasın qapalı hissəsində iştirak edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->