İsraildə parlament seçkiləri qanunvericiliklə müəyyən edilmiş müddətin son günündə — oktyabrın 27-də keçiriləcək.
Qaynarinfo xəbəe verir ki, bu barədə İsrail parlamenti - Knesset məlumat yayıb.
Parlamentin bəyanatında bildirilir ki, hazırkı Knesset çağırışının səlahiyyət müddətini tam başa vuracağı gözlənildiyindən və qanunverici orqanın fəaliyyət müddətinin qısaldılması niyyəti olmadığından, parlamentin buraxılması haqqında qanunun adi prosedurla qəbul edilməsinə ehtiyac yoxdur.
Qarşıdan gələn seçkilər 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatının hücumundan sonra keçiriləcək ilk parlament seçkiləri olacaq.
Hazırkı baş nazir Benyamin Netanyahu daha əvvəl geniş koalisiya formalaşdırmaq və "hhəm sol, həm də sağ siyasi qüvvələrdən uzaq dayanmaq niyyətində olduğunu bəyan etmişdi.
"Reuters" agentliyi İsrail Demokratiya İnstitutunun sorğusuna istinadən proqnozlaşdırıb ki, baş nazirin rəhbərlik etdiyi koalisiya parlamentdə çoxluğu əldə edə bilməyəcək. Sorğunun nəticələrinə görə, vətəndaşların təxminən 60 faizi Benyamin Netanyahunun yenidən baş nazir seçilməsini dəstəkləmir.
Aydın
Şərhlər