Xəbər lenti

Ölkə 18:28 21.10.2025

"İstanbul NS" klinikasının külli miqdarda borcu üzə çıxdı

Bakıda fəaliyyət göstərən "İstanbul NS" klinikasının külli miqdarda vergi borcu yaranıb.

Qaynarinfo teleqraf-a istinadən xəbər verir ki, hazırda klinikanın dövlətə 77 750 manat vergi borcu var.

Sözügedən klinika daha öncə İnzibati Xətallar Məcəlləsinin tələblərini pozduğuna görə məhkəməlik olub. Belə ki, klinika barədə ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktiki tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına dair iddia qaldırılıb.

Qeyd edək ki, "İstanbul NS" klinikasının qanuni təmsilçisi Nəsirov Azər Qənbər Oğludur.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->