Xəbər lenti

İstanbula
Dünya 18:37 15.08.2023

İstanbula "qiyamət günü" üçün "ehtiyat" rəhbərlər təyin edildi

İstanbulun bütün rayonları üçün fəlakətli zəlzələ zamanı xilasetmə işlərini təşkil etmək səlahiyyətinə malik xüsusi rəhbərlər təyin edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Hurriyet Daily News” məlumat yayıb.

39 səlahiyyətli şəxs bölgədə yaşamayan insanlar arasından seçilib - ona görə ki, fəlakət zamanı yerli məmurların özləri də həlak olanlar arasında ola bilər.

Plana görə, axtarış-xilasetmə işlərinin koordinasiyasını, humanitar yardımların çatdırılmasını, evsiz qalmış insanlar üçün sığınacaq təşkilini bu rəhbərlər öz üzərinə götürməlidir.

Qeyd edək ki, fevralın 6-da cənub-şərqdə 50 mindən çox insanın ölümünə səbəb olan fəlakətli yeraltı təkanlardan sonra Türkiyənin iri şəhərlərinin zəlzələlərə hazırlığı fəal müzakirə olunmağa başlayıb.
Seysmoloqlar hesab edirlər ki, Bosfor boğazı ətrafı nisbətən yaxın gələcəkdə böyük zəlzələ təhlükəsi altındadır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->