Xəbər lenti

Dünya 13:29 06.02.2024

İstanbulda məhkəməyə silahlı hücum: 2 nəfər öldürüldü, 3 polis yaralandı

İstanbulda məhkəmə binasında silahlı hücum olub.

Qaynarinfo xəbər verir ki, polis əməkdaşlarına silahlı hücum edən 2 nəfər öldürülüb, 3-ü polis olmaqla 5 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Daxili işlər naziri Ali Yerlikaya binanın mühafizəsinin gücləndirildiyini bildirib.

O, öldürülən silahlı şəxslərdən birinin qadın, birinin kişi olduğunu söyləyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->