Xəbər lenti

İstismar müddəti bitmiş binalar söküləcək (VİDEO)
Video 23:31 19.03.2026

İstismar müddəti bitmiş binalar söküləcək (VİDEO)

İstismar müddəti bitmiş binaların hamısı söküləcək. Yerində isə daha müasir çoxmərtəbəli binaların tikintisi nəzərdə tutulub.

"Bakı Şəhərinin Baş Planı - 2040" layihəsi çərçivəsində ötən ildən etibarən 200-ə yaxın binanın söküntü prosesi həyata keçirilir.

Bunu Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc deyib. Binaların sakinlərinin köçürülməsi və kompensasiya məsələsinə gəlincə, ekspert deyib ki, burada müxtəlif yanaşmalar olacaq.  

 Sökülməsi nəzərdə tutulan binalar paytaxtın müxtilif rayon və qəsəbələrini əhatə edəcək. Təkcə Binəqədi rayonunda 8 yerdə, Pirallahıda 6, Suraxanıda 6, Sabunçuda 5, Xətaidə 3, Nəsimi və Nərimanov rayonlarında isə hərəsində 1 binanın sökülməsi nəzərdə tutulub. 

Qiymətləndiricilər Cəmiyyətinin sədri onu da əlavə edib ki, söküntü işləri mərhələli şəklə aparılacaq. 2040 -cı ilə qədər isə yeni tiklilərin təhvil verilməsi planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

--> -->