Xəbər lenti

İsveç Rusiyanı təhlükəsizliyinə ən böyük təhdid adlandırdı
Dünya 19:20 21.02.2024

İsveç Rusiyanı təhlükəsizliyinə ən böyük təhdid adlandırdı

Rusiya İsveçin təhlükəsizliyinə əsas beynəlxalq təhdiddir.

Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, bunu ölkənin üzləşdiyi təhdidlərə dair illik hesabatını təqdim edən təhlükəsizlik xidmətinin rəhbəri Şarlotta fon Essen mətbuat konfransında bildirib.

"Biz hamımız ciddi təhlükəsizlik vəziyyəti ilə yaşamağı öyrənməliyik", - Şarlotta fon Essen bildirib. 

Onun sözlərinə görə, ilk növbədə Rusiya, eləcə də Çin və İran İsveç üçün ən böyük təhlükədir.

Onlar hazırkı təhlükəsizlik sistemini dəyişmək üçün işləyirlər və müəyyən dərəcədə birgə işləyirlər”, - o deyib. 

Təhlükəsizlik xidməti ifrat sağçı və islamçı qrupların təhdidlərinin şişirdilə və ya İsveçin xaricdəki düşmənləri tərəfindən istifadə oluna biləcəyini bildirib.

"Xarici güclər təhlükəsizliyə təhdid yaradan fəaliyyətləri gizli şəkildə həyata keçirmək üçün zorakı ekstremistlərdən və digər növ təşkilatlardan və şəxslərdən vasitəçi  kimi istifadə edə bilər”, - bəyanatda deyilir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->