XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İtaliya futbolunun əfsanəsi çirkli pulların yuyulması işində ittiham olunur
İdman13:12 05.01.2023

İtaliya futbolunun əfsanəsi çirkli pulların yuyulması işində ittiham olunur

İtaliyanın "Roma" klubunun keçmiş kapitanı Françesko Totti çirkli pulların yuyulmasına qarşı mübarizə idarəsinin işi üzrə təqsirləndirilən şəxs olub. 
Qaynarinfo xəbər verir ki, hüquq-mühafizə orqanlarının əfsanəvi futbolçuya qarşı şübhələri barədə "La Verita” nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Tottinin bank hesablarından "şübhəli əməliyyatlar” aparılıb. 2022-ci ilin avqustunda müstəntiqlərin məlumatına görə, əri Tottinin dostu sayılan italyan qadına 80 min avro faizsiz kredit verilib. Həmin gün pulun eks-futbolçunun özünə köçürüldüyü iddia edilir. 
Sonrakı yoxlamalar onlayn mərc şirkətlərindən çoxlu pul köçürmələrini aşkar edib.
Tottinin hazırda 46 yaşı var və 2017-ci ildə təqaüdə çıxıb.
2020-ci ildə onun adı çirkli pulların yuyulması fəaliyyətlərinin təhqiqatında da görünüb - sonra əməliyyatlar kazino ilə əlaqələndirilib.
Alpər