Xəbər lenti

İyunun 15-dən nəzarətsiz qeyri-çimərlik ərazilərindən 40 nəfərin meyiti çıxarılıb
Ölkə 16:15 03.08.2026

İyunun 15-dən nəzarətsiz qeyri-çimərlik ərazilərindən 40 nəfərin meyiti çıxarılıb

Bu il Azərbaycanda çimərlik mövsümü başlayandan (iyunun 15-dən) qeyri-çimərlik ərazilərdə suda batan 40 nəfərin meyiti aşkarlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin nəzarət etdiyi çimərliklərdə mövsüm başlayandan bu günə kimi ölüm faktı qeydə alınmayıb.

Xidmətin dalğıc-xilasediciləri tərəfindən qeyd olunan dövr ərzində suda boğulma təhlükəsi ilə üzləşən 55 nəfər xilas edilib.

Bundan başqa, nəzarətsiz qeyri-çimərlik ərazilərində suda batan 40 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

"Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, müraciət edərək, çimərlik kimi nəzərdə tutulmayan nəzarətsiz su hövzələrindən istifadə etməməyə çağırır", deyə məlumatda qeyd olunub.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->