Xəbər lenti

İyunun 6-da Azərbaycanda neçə cütlük evlənib?
Ölkə 15:41 08.06.2026

İyunun 6-da Azərbaycanda neçə cütlük evlənib?

İyunun 6-da (06.06.2026) Ədliyyə Nazirliyinin qeydiyyat orqanları tərəfindən 556 nikahın bağlanması dövlət qeydiyyatına alınıb.

Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, qeyd olunan tarixdə ölkə üzrə yüzlərlə ailənin rəsmi nikah qeydiyyatı aparılıb.

Nikahların dövlət qeydiyyatı qanunvericiliyə uyğun olaraq qeydiyyat şöbələri və aidiyyəti qurumlar vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, Azərbaycanda son rəsmi statistikaya əsasən, gündəlik orta hesabla 130-135 cütlük (təxminən 270 nəfər) rəsmi olaraq evlənir. Bu rəqəm il ərzində qeydə alınan ümumi nikah göstəricilərinin günlərə bölünməsi ilə hesablanır.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->