Dünya 10:44 21.06.2023

Kadırovun 20 yaşlı qızı "tibbin inkişafına verdiyi böyük töhfəyə görə" mükafatlandırıldı

Çeçenistan rəhbərinin qızı Xutmat Kadırova respublikanın ali mükafatı olan Axmat Kadırov adına ordenlə təltif edilib. Respublikanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayevin sözlərinə görə, o, "regionda tibbin inkişafına verdiyi böyük töhfəyə görə” təltif edilib.

Qaynarinfo xəbər verir ki, 20 yaşlı Xutmat Kadırova respublika başçısının katibliyinin rəis müavini vəzifəsini tutur. Mart ayında o, Ramzan Kadırovun adından respublika hökumətində səhiyyə kuratoru vəzifəsini də icra edib.

Ötən il Ramzan Kadırovun böyük qızı, 23 yaşlı Ayşat Kadırova Çeçenistanın birinci prezidentinin ordeni ilə təltif edilib. O, Çeçenistanın mədəniyyət naziri vəzifəsini tutur. Daha sonra onun ikinci qızı, Qroznı şəhərinin məktəbəqədər təhsil şöbəsinin müdiri Xədizat Kadırova da orden alıb.

Alpər