Göygöldə restoranda yeyib-içdiyi xanımı evinə aparan şəxs atasının etirazı ilə qarşılaşdığı üçün həbs edilib.
Qaynarinfo xəbər verir ki, 2005-ci il təvəllüdlü Gündüz Məmmədov (soyad şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb.
Məlum olub ki, təqsirləndirilən şəxs Göygöl şəhərində "Karusel" adlı kafedə bir xanımla tanış olduqdan sonra, ona atasının pulu ilə hədiyyə alıb və ona qonaqlıq verib. Bundan sonra içkili halda qadını yaşadığı evə aparıb.
Buna əsəbiləşən təqsirləndirilən şəxsin valideynləri ona etiraz ediblər. Gündüz içkili olduğu üçün küçədə yüksək səslə nalayiq ifadələr işlədib.
Məhkəminin hökmü ilə o, 10 gün müddətinə həbs olunub.
Aydın
Şərhlər