İdman 16:56 14.03.2023

"Kəpəz"lə "Zirə" buna görə cərimələndi

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo-nun məlumatına görə iclasda Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində keçirilən görüşlərdə qayda pozuntularına dair aşağıdakı qərarlar qəbul olunub.

"Kəpəz” – "Zirə” oyununda "Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilsin (maddə 39);

"Kəpəz” – "Zirə” görüşündən əvvəl oyun günü planının pozulmasına görə "Kəpəz” klubu 800 manat cərimə edilsin (maddə 84);

"Turan Tovuz” – "Qəbələ” oyununda "Turan Tovuz” azarkeşləri tərəfindən meydançaya yad əşya atıldığına görə "Turan Tovuz” klubu 1600 manat cərimə edilsin (maddə 51.1).

Səbuhi Həsənov