Azərbaycanda kərə yağının istehsalı azalıb.
Valyuta.az xəbər verir ki, cari ilin ilk 10 ayı üzrə kərə yağının istehsalında 2 min 575,9 ton və ya 10,43% azalma müşahidə edilib.
Belə ki, cari ilin yanvar-oktyabr ayları üzrə 22 min 115,5 ton kərə yağı istehsal olunub.
Ötən ilin eyni dövründə isə kərə yağı istehsalı 24 min 691,4 ton təşkil edib.
Rəsmi məlumatlara əsasən noyabr ayının 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 174,3 ton olub.
Şərhlər