Xəbər lenti

Kinematoqrafçılar İttifaqının qurultayının vaxtı açıqlandı - İki namizəd olacaq
Sənət 16:41 08.05.2026

Kinematoqrafçılar İttifaqının qurultayının vaxtı açıqlandı - İki namizəd olacaq

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultayın keçiriləcəyi tarix məlum olub.

Qaynarinfo xəbər verir ki, idarə heyətinin bugünkü iclasında qurultayın mayın 26-da keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Qurultayın keçiriləcəyi məkan hələlik məlum deyil.

İdarə Heyətinin bugünkü iclasında AKİ sədrliyinə iki nəfərin namizədliyinin irəli sürüləcəyi qərara alınıb. Namizədlərin adı mayın sonundakı iclasda açıqlanacaq.

Xatırladaq ki, 2002-ci ildən Azərbaycan Kinematoqrafçılar İttifaqına sədrlik edən Xalq sədri Rasim Balayev bu il martın 29-da 77 yaşında Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.
--> -->