Xəbər lenti

İdman 11:13 25.12.2023

Klub avtobusu getdi, "Napoli"nin baş məşqçisi şəhərə taksi ilə qayıtdı (SƏBƏB)

"Napoli"nin baş məşqçisi Valter Matsari "Roma" ilə səfər oyunundan Neapola taksi ilə qayıtmağa məcbur olub.

Qaynarinfo xəbər verir ki, Matsari oyundan sonrakı müsahibəni çox gözləyib və klub avtobusu onsuz yola çıxıb. Bu səbəbdən baş məşqçi Romadan Neapola taksi ilə getməyə məcbur olub. Şəhərlər arasında məsafə 220 km-dir.

Qeyd edək ki, "Roma" bu oyunda "Napoli"yə 2:0 hesabı ilə qalib gəlib. Final fitinə 15 dəqiqə qalmış Lorenzo Pelleqrini matçda hesabı açıb. Əlavə vaxtda isə Romelu Lukaku fərqi artırıb.

İtaliya çempionatının turnir cədvəlində "Roma" 28 xalla altıncı yerdədir. "Napoli" 27 xalla 7-ci yeri tutur. İlk pillədə 44 xalla "İnter" qərarlaşıb. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->