Xəbər lenti

Klublarımızın potensial rəqibləri müəyyənləşir
İdman 09:45 20.07.2026

Klublarımızın potensial rəqibləri müəyyənləşir

UEFA-nın klub turnirlərində bu gün 3-cü təsnifat mərhələsinin püşkatma mərasimləri keçiriləcək və Azərbaycan təmsilçilərinin növbəti raunddakı mümkün rəqibləri müəyyənləşəcək.

Qaynarinfo xəbər verir ki, Çempionlar Liqasında püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Ardınca saat 15:00-da Avropa Liqasının, saat 16:00-da isə Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cütləri bəlli olacaq.

Püşkatmada Azərbaycanı təmsil edən dörd klubun da adı yer alacaq. Çempionlar Liqasında mübarizə aparan "Sabah", Avropa Liqasındakı "Qarabağ", eləcə də Konfrans Liqasında çıxış edən "Zirə" və "Neftçi" növbəti mərhələyə yüksələcəkləri halda qarşılaşa biləcəkləri rəqibləri öyrənəcəklər.

Qeyd edək ki, "Sabah" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Finlandiyanın KuPS komandası ilə üz-üzə gələcək. "Qarabağ" Avropa Liqasında Bolqarıstanın ÇSKA klubu ilə mübarizə aparacaq.

Konfrans Liqasında isə "Zirə"nin rəqibi Estoniyanın "Payde", "Neftçi"nin rəqibi isə Belarusun "Dinamo" (Minsk) komandasıdır.

Bu gün keçiriləcək püşkatma yalnız 3-cü təsnifat mərhələsinin potensial cütlərini müəyyənləşdirəcək. Azərbaycan klubları həmin mərhələdə iştirak etmək üçün əvvəlcə 2-ci təsnifat mərhələsində rəqiblərini mübarizədən kənarlaşdırmalıdırlar.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->