Xəbər lenti

Konfrans Liqası:
İdman 09:53 07.08.2025

Konfrans Liqası: "Sabah"ın "Levski" sınağı

UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin ilk oyunları keçirilir.

Qaynarinfo xəbər verir ki, bu gün Azərbaycan klublarından "Sabah" da meydana çıxacaq və Bolqarıstanda "Levski"nin qonağı olacaq. 

Georgi Asparuxov adına stadionda Bakı vaxtı ilə saat 22:00-da başlayacaq matçı xorvatiyalı Duye Strukan idarə edəcək.

Bakı təmsilçisi əvvəlki mərhələdə Moldovanın "Petrokub" klubunu məğlub edib, Sofiya klubu isə Avropa Liqasında Portuqaliyanın "Braqa" kollektivinə uduzub. Cütün qalibi növbəti raundda AZ (Alkmar, Niderland) - "Vaduts" (Lixtenşteyn) duelinin güclüsü ilə münasibətlərə aydınlıq gətirəcək.

Konfrans Liqası
III təsnifat mərhələsi
İlk oyun

7 avqust
22.00 Levski (Bolqarıstan) - Sabah (Azərbaycan)
Hakimlər: Duye Strukan (Xorvatiya).
Sofiya. "Georgi Asparuxov" stadionu.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->