Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinə yekun vurulacaq.
Qaynarinfo xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçilərindən "Sabah" da mərhələnin cavab matçına çıxacaq.
Valdas Dambrauskasın komandası Bakıda "Levski"ni qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq.
Komandalar arasında Bolqarıstanda keçirlən ilk görüşdə "Levski" 90+8-ci dəqiqədə vurduğu qolla 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, bu cütün qalibinin pley-off mərhələsindəki potensial rəqibləri "AZ Alkmar” (Niderland) və "Vaduts”dur (Lixtenşteyn).
Konfrans Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
14 avqust
20.00 Sabah (Azərbaycan) - Levski (Bolqarıstan)
Baş hakim: Nikolay Balakin (Ukrayna).
Masazır. "Bank Respublika Arena".
İlk oyun - 0:1.
Şərhlər