Siyasət 19:11 27.12.2022

Kreml Ermənistan TŞ katibi Qriqoryanın bəyanatını təxribat adlandırdı

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyaya müsahibəsində xüsusilə İttifaq dövlətinə daxil olmaq və Azərbaycana dəhliz vermək məsələsində respublikaya edilən təzyiqlərdən danışıb.

Bununla bağlı Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov faktiki olaraq açıq şəkildə bildirib ki, Rusiya rəsmilərindən heç biri Ermənistan tərəfdən dəhliz və ya İttifaq dövlətinə giriş tələb etməyib.

"Bu cür bəyanatları təxribat kimi qiymətləndirmək olar. Onlar reallığa uyğun gəlmir. Rusiya rəsmilərindən heç biri bunu deməyib və heç kim vasitəsilə erməni tərəfinin diqqətinə çatdırmayıb".

Qaynarinfo xəbər verir bunu Peskov News.am-a şərhində bildirib.

Armen Qriqoryan bir müddət əvvəl Ermənistanın İctimai Televiziyasına müsahibəsində bəyan edib ki, İrəvan öz suveren ərazisindən dəhliz ayırmağa məcburdur. O, bunu Rusiya-Belarus ittifaq dövlətinə qoşulmağın mümkünlüyü məsələsi kontekstində bəyan edib. Qriqoryan Laçın dəhlizi ətrafında vəziyyəti də eyni məcrada görür. "Belarus səfirinin (Aleksandr Konyukun) İttifaq dövləti ilə bağlı bəyanatını qeyd etdiniz. Təbii ki, Ermənistana təzyiqlər də buradan gəlir. Ermənistanın həm demokratiyası, həm də demokratik sistemi buna müqavimət göstərəndə, onlara növbəti təzyiq göstərilir - hərbi formada”, - Qriqoryan aparıcıya deyib.

Yeri gəlmişkən, Konyuk bazar ertəsi jurnalistlərə bildirib ki, hətta Ermənistandakı missiyasının lap əvvəlində o, İttifaq dövlətinin fəaliyyətindən danışarkən onun üçüncü ölkəsinin çatışmadığını qeyd edib. Səfir konkret olaraq hansı ölkəni açıqlamasa da, "erməni qardaşlar bunu dəstəkləyib”. Konyuk əmindir ki, İttifaq dövləti bundan sonra da inkişaf edəcək.

Alpər