Xəbər lenti

Dünya 17:11 18.04.2024

Kreml Rusiya casuslarının Almaniyada həbsi ilə bağlı məlumatı şərh edə bilmədi

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Almaniyada iki nəfərin Rusiya kəşfiyyat xidmətində işləməkdə şübhəli bilinərək saxlanılması ilə bağlı mətbuatda yayılan məlumatı şərh edə bilməyib.

Qaynarinfo bu barədə Gazeta.ru-ya istinadla xəbər https://www.gazeta.ru/social/news/2024/04/18/22817486.shtml verir.
"Mən ümumiyyətlə [şərh verə bilmərəm], bu məsələ ilə bağlı heç bir məlumatım yoxdur", - Kreml sözçüsü deyib.

Aprelin 18-də "Der Spiegel” jurnalı Almaniyada iki nəfərin Rusiyaya casusluq etməkdə və təxribat hazırlamaqda şübhəli bilinərək saxlanıldığını bildirib. İddialara görə, müttəhimlər Rusiya xüsusi xidmətinin adından hərəkət ediblər. Əsas şübhəli Bavariyadan olan 39 yaşlı Diter S., onun ortağı 37 yaşlı alman əsilli rusiyalı Aleksandr J.-dir.

Diter S.-nin 2003-cü ilin oktyabr ayından etibarən Rusiya kəşfiyyat xidmətləri ilə əməkdaşlıq etdiyi və hərbi infrastruktur, silah zavodları və sənaye obyektlərində yanğın və partlayışlar törətməyə razılaşdığı iddia edilir.

Nəşr onu da yazıb ki, Diter S. 2014-2016-cı illərdə "Donetsk Xalq Respublikası”nın milis dəstsində xidmət edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->