Xəbər lenti

Ekonomiks 14:37 01.05.2024

"Həzi Aslanov-2" metro stansiyasının tikintisi niyə yubanır? (AÇIQLAMA)

Bakı metropoliteninin "Həzi Aslanov - 2" stansiyasının tikintisinə 2014-cü ildə başlansa da, müəyyən səbəblərdən tikinti işləri hələ də tamamlanmayıb. "Həzi Aslanov - 2" stansiyasının tikintisinə başlanandan sonra Bakıda 3-ü yeraltı, biri isə yerüstü olmaqla 4 stansiya - "Avtovağzal", "Memar Əcəmi - 2", "8 Noyabr" və "Xocəsən" stansiyaları tikilərək istifadəyə verilib. "Bənövşəyi xətt" üzrə tikilən bu stansiyaların inşası 2016-2022-ci illəri əhatə edir. 2014-cü ildə inşasına başlanan "Həzi Aslanov - 2" stansiyasının inşası isə hələ də yubanır. Bu prosesin yubanmasına səbəb nədir?

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Metbuat.az-a açıqlamasında bildirib ki, adıçəkilən stansiyanın tikintisinin yaxın vaxtlarda başa çatdırlması mümkün deyil:
"Həzi Aslanov - 2" stansiyası xətlərin ayrılması layihəsinin tərkib hissəsidir. Bu işlər kompleks şəkildə aparılmalıdır. 2011-ci ildə təsdiq olunmuş Bakı Metropoliteninin Konseptual İnkişaf Sxemi və sonuncu təqdiq olunmuş sənəd kimi Bakı şəhərinin Baş planının nəqliyyat hissəsində bu məsələ də yer alıb.

Hələ ki dəqiq vaxt demək olmaz. Çünki, ona qədər konseptual inkişaf sxemi və Bakı şəhərinin Baş planı üzrə müəyyən məsələlər həllini tapmalıdır. İşlərə başlanılması "Xətai" stansiyasındakı sonrakı sahənin inşası ilə birbaşa əlaqədərdır. Bu məsələlərə aydınlıq gətirildikcə, ictimaiyətə əlavə məlumatlar veriləcək. Amma hal-hazırda bu barədə danışmaq çox tezdir".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->