Xəbər lenti

Krımı Rusiya hesab edən nazir - Azərbaycan və Ukraynaya qarşı çıxan Hadca Lahbib kimdir?
Siyasət 11:26 25.08.2023

Krımı Rusiya hesab edən nazir - Azərbaycan və Ukraynaya qarşı çıxan Hadca Lahbib kimdir?

2022-ci ilinin iyunun 21-dən Belçikanın xarici işlər naziri olan Hadca Lahbib 1970-cı ildə Əlcəzairdə doğulub. Onun siyasi baxşılarında ciddi ziddiyyətlər var. 

Hadca Lahbib Gürcüstanın ərazi bütövlüyünü tanıyır. "Twitter" hesabında belə yazır: "Gürcüstanda separatçı Abxaziya və Cənubi Osetiya ərazilərini ayıran inzibati xəttə səfər etdim. Belçika Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir. Problemin beynəlxalq hüquq normalarına uyğun olaraq danışıqlar yolu ilə həll yolu vacibdir”. 

Lap yaxşı. Ancaq Krıma münasibətdə o tamam başqa bir mövqe sərgiləyib. Belə ki, Lahbib 2021-ci ilin iyulunda Rusiya və Ukrayna arasında siyasi mübahisələrə səbəb olan Krıma səfər edib. O, Krıma necə daxil olduğnu açıqlamayıb və adanı Ukrayna ərazisi kimi tanımayıb. Hadca Lahbib Lunaçarski adına Sevastopol Akademik Rus Dram Teatrının və Vladimir Putinin qızı Katerina Tixonovanın təşkilatçılığı ilə keçirilən "Qlobal Dəyərlər" festivalında iştirak edib. Həmin tədbir 2021-ci ildə 23-25 iyul tarixlərində keçirilib. O, "Instagram"da festivaldan xoreoqrafik tamaşanın fraqmentlərini əks etdirən fotolar yayıb. Səfərdən sonra farnsızdilli RTBF (Belçika televiziyası) ondan soruşub ki, o, Rusiyadan, yoxsa Ukraynadan geri dönüb. Lahbib bu suala aydın cavab verməyib: "Simferopol hava limanına enmək üçün Rusiya vizası lazımdır”. Yəni Rusiyadan gəlirəm...

Onu da qeyd edim ki, bu xanım adıçəkilən TV-də Əfqanıstan və Yaxın Şərq üzrə xüsusi müxbir olub. 20 il ərzində həmin ərazilərdən xəbərlər yayımlayıb. 

22 yaşlı Məsha Əminin İranda qətlindən sonra - 2022-ci ilin 22 oktyabrında Belçika parlamentində etiraz əlaməti olaraq İran əsilli Darya Safai ilə birlikdə saçını kəsib. 

2023-cü ilin iyununda Hadca Lahbib həmin ayın əvvəlində Brüsseldə merlərin qurultayında iştirak etmək üçün İran və Rusiya şəhərlərinin nümayəndə heyətlərinə viza verdikdən sonra parlamentdə etimadsızlıq səsverməsi qazanmışdı. Onun üzvü olduğu MR partiyası xanım nazirin istefa verməli olduğu təqdirdə hökuməti tərk edəcəyi ilə hədələmişdi. Bu da hökuməti çökdürə bilərdi...

Ən pisi odur ki, sosialist kimi tanınan bu xanımın Rusiya və İrana xüsusi simpatiyası var. O, Gürcüstanda separatizmə qarşıdır, Ukraynada separatizmə dəstək verir, Ermənistanda isə nala-mıxa vurur...

Elbəyi Həsənli
Sürix

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->