XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

KTMT Azərbaycan-Ermənistan sərhədində hərbi qüvvə göndərir? - Rəsmi açıqlama
Siyasət08:57 15.09.2022

KTMT Azərbaycan-Ermənistan sərhədində hərbi qüvvə göndərir? - Rəsmi açıqlama

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistana sülhməramlılar göndərməyi planlaşdırmır".
Qaynarinfo xəbər verir ki, bunu brifinqdə KTMT-nin Baş qərargahının rəhbəri Anatoli Sidorov bildirib.
"İki ölkə sərhədində təşkilatın qüvvələrindən istifadə etmək müzakirə mövzusu deyil”, - o deyib.
Onun sözlərinə görə, təşkilat Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşacağına ümid edir.
Xatırladaq ki, daha əvvəl KTMT missiyasının Ermənistana sentyabrın 15-də gələcəyi bildirilirdi.