Əməkdar artist Lalə Məmmədova evinin görüntüsünü paylaşıb. 
	
Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, müğənni yeni evinə köçdüyünü vurğulayıb. 
	
 
"Şam ağacımız da hazırdır. Yeni evimiz, Yeni il" deyə, L.Məmmədova paylaşımında yazıb. 
	
Qeyd edək ki, 2020-ci ildə Prezident İlham Əliyev Lalə Məmmədovaya ev hədiyyə edib. Heydər Əliyev prospektində yerləşən mənzil 3 otaqdan ibarətdir. Lalə Məmmədova açıqlamasında bildirib ki, Heydər Əliyev Fondu da təmir işlərini öz üzərinə götürüb.
	
	
             
            
Şərhlər