Xəbər lenti

Lavrov Rusiyanın döyüş əməliyyatlarını dayandırmaqdan imtina etdiyini təsdiqlədi
Dünya 15:44 21.10.2025

Lavrov Rusiyanın döyüş əməliyyatlarını dayandırmaqdan imtina etdiyini təsdiqlədi

Rusiya xarici işlər naziri Sergey Lavrov çərşənbə axşamı bildirib ki, Ukraynada dərhal atəşkəs elan olunması "nasist rejiminin qorunması” və "rus dilinin qadağan olunması” demək olardı.

Qaynarinfo xəbər verir ki, bu barədə "Yevropeyskaya Pravda” yazır.

Lavrov bu fikirləri Avropa ölkələri liderlərinin birgə bəyanatını şərh edərkən səsləndirib. Həmin bəyanatda liderlər Ukraynaya və ABŞ prezidenti Donald Trampın döyüş əməliyyatlarını dayandırmaq səylərinə dəstək ifadə etmişdilər.

"Atəşkəs indi yalnız bir şeyi ifadə edər – Ukraynanın böyük bir hissəsi nasist rejiminin idarəsində qalacaq. Bu ərazidə isə qanunvericiliklə tam bir dilin qadağan edildiyi yeganə yer olacaq. Halbuki bu, BMT-nin rəsmi dilidir və əhalinin çoxu həmin dildə danışır”, – Lavrov Efiopiyanın xarici işlər naziri ilə danışıqlardan sonra jurnalistlərə bildirib.

Nazir əlavə edib ki, "Zelenskinin avropalı himayədarları və sahibləri” ABŞ tərəfini öz mövqeyini dəyişməyə, uzunmüddətli sabit razılaşma axtarmaqdan imtina etməyə və "sadəcə dayanmağa” inandırmağa çalışırlar:

"Amma belə yanaşma Ankoricdə Tramp və Putin prezidentlərinin razılaşdıqları mövqeyin tam əksidir, çünki onlar razılaşmışdılar ki, əsas diqqət münaqişənin ilkin səbəblərinə yönəldilməlidir”, – deyə Lavrovun sözlərini TASS sitat gətirib.

Avropa ölkələrinin liderləri 21 oktyabr, çərşənbə axşamı birgə bəyanat yayaraq, Trampın mövqeyini – döyüş əməliyyatlarının dərhal dayandırılmasını və hazırkı təmas xəttinin danışıqlar üçün başlanğıc nöqtəsi kimi qəbul edilməsini – dəstəklədiklərini bildiriblər.

Mətbuatın yazdığına görə, Rusiya prezidenti Vladimir Putin ötən həftə ABŞ prezidenti ilə telefon danışığı zamanı müharibənin dayandırılması üçün şərt kimi Donetsk vilayətinə tam nəzarətin Rusiyaya verilməsini tələb edib.

Donald Tramp isə Rusiyayla Ukrayna arasında müharibənin mövcud cəbhə xətti üzrə "dondurulması” ideyasını dəstəklədiyini, lakin Ukrayna prezidentindən Donetski tam şəkildə verməsini tələb etmədiyini bildirib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->