Xəbər lenti

Lerikdə gənc ildırım vurmasından öldü
Ölkə 22:41 03.05.2026

Lerikdə gənc ildırım vurmasından öldü

Lerikdə 21 yaşlı gənc ildırım vurmasından ölüb.

Qaynarinfo-nun cənub bürosunun məlumatına görə, hadisə rayonun Laman kəndində baş verib.

Belə ki, kənd sakini 2005-ci il təvəllüdlü Cəfər Əbdül oğlu Mirzəzadəni ildırım vurub. O, aldığı xəsarətlərdən ölüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.
--> -->