Xəbər lenti

Siyasət 14:57 28.12.2022

Leyla Abdullayeva Fransa parlamentinin deputatlarına səsləndi (FOTO)

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa parlamentinin ermənipərəst deputatlarının "Le Monde” qəzetində Laçın yolu ilə bağlı çağırışına münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, diplomat bununla bağlı "Twitter"də paylaşım edib.

O bildirib ki, Qarabağ, o cümlədən Laçın yolu Azərbaycanın suveren torpağıdır.

Səfir diqqətə çatdırıb ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşları sayılırlar.

Leyla Abdullayeva fransalı parlamentariləri sülh səylərini dəstəkləməyə çağırıb.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->