Xəbər lenti

Litvada siyasi gərginlik: Prezident müdafiə nazirini tənqid etdi, baş nazir qarşı çıxdı
Dünya 18:05 05.08.2023

Litvada siyasi gərginlik: Prezident müdafiə nazirini tənqid etdi, baş nazir qarşı çıxdı

Litva hökumətində siyasi gərginlik yaranıb.

Qaynarinfo xəbər verir ki, ölkə prezidenti Gitanas Nauseda müdafiə naziri Arvydas Anuşauskası "məhdudlaşdırılmış məlumatları” açıqlamaqda ittiham edib.

Litvanın müdafiə nazirinin "Leopard" tankları ilə bağlı bəyanatı iyulun sonunda ortaya çıxıb və bu, təkcə Nausedanın deyil, bir sıra digər litvalı siyasətçilərin də tənqidinə səbəb olub. Onun sözlərinə görə, Vilnüs alman döyüş maşınları (Leopard), Amerika "Abramlar"ı və Cənubi Koreyanın "Qara Panterlər"i arasında seçim edir. 

Gitanas Nauseda bildirib ki, bu cür məlumatlar Anusauskas tərəfindən sosial şəbəkədə dərc edilməməlidir:

"Facebook-da ən son məlumatları paylaşmaq kimin üçünsə çox vacib görünə bilər, lakin bu, nazirin və ya hər hansı digər dövlət məmurunun əsas funksiyası olmamalıdır”. 

Litva prezidenti qeyd edib ki, Anusauskasın sözlərini təkcə ölkənin dostları deyil, düşmənləri də görür.

Lakin Litvanın baş naziri İnqrida Simonyte dövlət başçısına qarşı çıxıb. Baş nazir müdafiə naziri Arvydas Anuşauskasa güvəndiyini bildirib. Onun sözlərinə görə, ölkənin Müdafiə Nazirliyinin rəhbəri faktiki olaraq heç bir məxfi məlumat dərc etməyib.

"Mən bildiyimə görə, nazir Dövlət Müdafiə Şurasında təqdim olunan və xüsusi olaraq məxfi sayılan məlumatları açıqlamayıb", deyə Simoyte bildirib.

O əlavə edib ki, Anusauskas Litvanın "Leopard" tanklarını almaq planları barədə ictimaiyyətə məlumat verdiyinə görə tənqid olunur. Simonyte vurğulayıb ki, Dövlət Müdafiə Şurasında qəbul edilən qərarlar açıq şəkildə dərc olunur və hamıya məlumdur.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->