Xəbər lenti

Maaşlarına görə 102-yə şikayət etdilər:
Ekonomiks 14:40 13.10.2025

Maaşlarına görə 102-yə şikayət etdilər: "Zəfər-44 Construction" 20 min cərimələndi

"Zəfər-44 Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) külli miqdarda cərimələnib. 

Qaynarinfo-nun məlumatına görə, buna səbəb şirkətin Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozaraq 5 aprel 2025-ci il tarixdən 22 may 2025-ci il tarixədək xeyli sayda işçi ilə əmək müqaviləsi bağlamaması və həmin müqavilənin bildirişini elektron informasiya sisteminə daxil etməməsi olub. 

MMC-də əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən həmin şəxsləri kafel-metlax ustası kimi Cəbrayıl rayonu, Mahmudlu kəndi ərazisində işlərin yerinə yetirilməsinə cəlb edilib. 

Şirkət rəhbərliyi barəsində inzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb. MMC-nin qanunsuz əməllərinin üstü isə Daxili İşlər Nazirliyinin 102 xidmətinə edilən şikayətdən sonra açılıb. Belə ki, işçilər əmək haqlarının verilməməsi ilə bağlı DİN-ə müraciət ediblər. Aparılan araşdırma zamanı işçilərin əmək müqaviləsiz işlədildiyi məlum olub. 

Məhkəmənin hökmü ilə "Zəfər-44 Construction" MMC İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 20.000 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilib. 

Qeyd edək ki, 22.05.2023-cü ildə yaradılan, nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Sarxan Əzizov Mətləb oğludur. 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->