Dünya 10:03 06.03.2023

Macarıstan XİN Ukraynada münaqişəsinin sona çatmasının məcburi şərtini açıqladı

Ukraynadakı münaqişə yalnız atəşkəs sazişinin imzalanmasından sonra bitə bilər. Onun sözlərinə görə, "birinci məqsəd insanların öldürülməsini dayandırmaqdır və bu, atəşkəs razılaşması deməkdir, başqa heç nə”.

Qaynarinfo xəıbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto SVT telekanalının efirində bildirib

Fevralın sonunda Çin Xarici İşlər Nazirliyi Ukraynadakı münaqişənin həlli ilə bağlı 12 bənddən ibarət plan dərc edib. O, digər məsələlərlə yanaşı, hərbi əməliyyatların dayandırılmasını, eskalasiyanın rədd edilməsini və Moskva ilə Kiyev arasında danışıqların bərpasını nəzərdə tutur. Bundan bir qədər əvvəl Çinin BMT-dəki daimi nümayəndəsi Çjan Szyun atəşkəsə çağırıb.

Planın açıqlanmasından sonra Ukrayna prezidentinin aparatının rəhbəri Andriy Yermak bildirib ki, Kiyev Pekinin təşəbbüsünə şübhə ilə yanaşır, çünki "Rusiya münaqişəni dondurmaq üçün həmişə atəşkəsdən istifadə edir”. Ukrayna prezidenti Vladimir Zelenski Rusiya qoşunlarının dövlət ərazisindən çıxarılmasını "atəşin dayandırılmasının zəmanətli və etibarlı yolu” adlandırıb.

Alpər