Xəbər lenti

Mağazadan araq və siqaret oğurladılar, məhkəmə qarşısına çıxarıldılar
Ölkə 18:18 12.01.2026

Mağazadan araq və siqaret oğurladılar, məhkəmə qarşısına çıxarıldılar

Neftçala rayonunda mağazadan siqaret və araq oğurlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub. 

Qaynarinfo xəbər verir ki, Neftçala Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.2.1 (Oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (Oğurluq - təkrar törədildikdə) və 177.2.3-cü (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə mühakimə olunan müttəhimlər Namiq Həsənov (şərti) və Nihat Aminov (şərti) müvafiq olaraq 1 il 3 ay və 1 il 1 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. 

Onlar oğurluğu Neftçala rayonunda və Mayak qəsəbəsində törədib. Mağazalardan əsasən siqaret, araq və kolbasa oğurlayıblar. Hüquq-mühafizə orqanlarına müraciətdən sonra hər iki şəxs saxlanılıb.  Məhkəmə zamanı müttəhimlər verilmiş ittihamlar özlərini təqsirli biliblər. 

Seyid
--> -->