İdman 18:30 21.02.2023

Mahir Emreli "Konyaspor"da debüt etdi (FOTO)

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyənin "Konyaspor" klubunda debüt edib.

Qaynarinfo xəbər verir ki, milli komandamızın hücumçusu "Afyonspor”la yoldaşlıq oyununda meydana çıxıb.

Mahir start heyətdə yer alıb və ikinci hissədə əvəzlənib. Oyun "Konyaspor"un 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, "Konyaspor” Mahir Emrelini mövsümün sonunadək Xorvatiyanın "Dinamo" (Zaqreb) klubundan icarəyə götürüb.