Xəbər lenti

Masallıda "Açıq mikrofon" aksiyası keçirildi (FOTOLAR)
Ekonomiks13:29 18.01.2023

Masallıda "Açıq mikrofon" aksiyası keçirildi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Masallıda fəaliyyət göstərən sahibkarların qaz təchizatında üzləşdiyi problemlərin həlli və digər məsələlərin qeydə alınması məqsədilə "Açıq mikrofon” sizlərin ixtiyarına verilir.” Bunu Lənkəran RQİİ-nin rəis müavini Seyran Şahverdiyev Masallı rayonunda qurulan "Səyyar qəbul otağı”nda bildirib.
Qaynarinfo xəbər verir ki, aksiyada çıxış edən KOBİA-nın nümayəndələri hər zaman sahibkarları dinləməyə və məsləhətlər verməyə hazır olduqlarını qeyd ediblər. "Açıq mikrofon” aksiyasında ümumilikdə 10-a yaxın müraciət səslənib ki, bunlar arasında sakinlərin də istəkləri yer alıb. Sahibkarlar debitor borcun hissə-hissə ödənilməsində köməkliyin göstərilməsini xahiş etməklə yanaşı, həm də onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.
"Açıq mikrofon” aksiyasında SOCAR "Azəriqaz” İB-nin Lənkəran RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə yönləndiriləcəyini qeyd ediblər.