Xəbər lenti

Masazırda yaşıllıq zonası bir gecədə yoxa çıxdı (VİDEO)
Video 22:50 06.08.2025

Masazırda yaşıllıq zonası bir gecədə yoxa çıxdı (VİDEO)

Masazırda yaşıllıq zonası bir gecədə yoxa çıxdı
Yeni tikilən obyektin qarşısındakı iri ağaclar kökündən çıxarılaraq aparılıb. Yaşıllıq bir gecədə məhv edilib. Görüntülər Abşeron rayonundandır.

Masazır qəsəbəsində yaşıllıq zonasının məhv edilməsi ilə bağlı yerli sakinlərdən biri əvvəl və sonra olan mənzərəni sosial mediada paylaşıb və ciddi narahatlıq keçirdiyini deyib. Belə ki, qəsəbədə yeni tikilən obyektin qarşısında əvvəllər mövcud olan ağaclar sonradan kökündən çıxarılaraq ərazidən daşınıb. Sakinlər bildirirlər ki, həmin yer əvvəllər ağaclarla əhatə olunub. Bəziləri isə vurğulayıb ki, burada artıq obyekt fəaliyyət göstərir və ağacların nə vaxt aparıldığından xəbərləri yoxdur.

Abşeron Rayon İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, bələdiyyə strukturlarına edilən müraciət əsasında həmin obyekt sahibi barəsində toplanmış matrellar hüquq mühafizə orqanlarına göndərilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekelogiya və Təbii Sərvətlər şöbəsindən "Xəzər Xəbər"ə bildirilib ki, artıq həmin sahibkar barəsində qanunamüvafiq tədbirlər görülüb.
 

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->