Bakıda nəqliyyat vasitələri üçün yeni seria nömrəsi istifadəyə verilib.
Xezerxeber.az xəbər verir ki, yeni seriya nömrəsi 88 rəqəmlərindən ibarətdir.
Son günlər paytaxt ərazisində bir neçə avtomobilin üzərində 88-lə başlayan qeydiyyat nişanlarına rast gəlinib.
Hazırda bu nömrənin Bakı qeydiyyatında olan nəqliyyat vasitələrinə verildiyi bildirilir.
Ekspertlər yeni seriyanın buraxılmasına əsas səbəb kimi idxal olunan avtomobillərin sayının çox olmasını göstərirlər.
Yaxın zamanlarda Xankəndi və Ağdərə regionları üzrə də seriaların hazırlanması gözlənilir.
Şərhlər