İspaniya kralı VI Filipp Amerikanın fəthi zamanı törədilən "çoxsaylı cinayətlər və etik pozuntular"ı etiraf edib.
Qaynarinfo "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə o, Meksikanın İspaniyadakı səfiri Kirino Ordaz ilə görüş zamanı bildirib.
"Biz müəyyən hadisələri müasir meyarlar və dəyərlər prizmasından qiymətləndirəndə aydın olur ki, onlar qürur hissi doğura bilməz. Bununla belə, bu hadisələr uyğun tarixi kontekstdə, obyektiv və diqqətli təhlillə öyrənilməlidir", deyə VI Filipp vurğulayıb.
Aydın
Şərhlər